RU

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb YENİLƏNİB FOTO

ain.az bildirir, Apa.az portalına istinadən.

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndi çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Vəngli kəndinə 9 ailə - 38 nəfər köçürülüb.

Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.

Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.

***

12.05

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Vəngli kəndinə 9 ailə - 38 nəfər köçürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
20
apa.az

10Источники