RU

“Bavariya”dan unikal rekord


Almaniyanın “Bavariya” klubu Avropanin 5 ən yaxşı liqasının klubları arasında mövsümün başlanğıcından bəri ən uzun qələbə seriyasına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bununla da alman klubu İtaliyanın “Milan” klubunun rekordunu geridə qoyub.
“Bavariya”nın Almaniya kubokunun 1/8 final mərhələsində “Köln” üzərində 4:1 hesablı qələbəsi klubun mövsümün əvvəlindən bəri bütün yarışlarda əldə etdiyi 14-cü qələbə olub.
Belə ki, komanda Almaniya çempionatında səkkiz, Çempionlar Liqasında üç, Almaniya kubokunda iki, Almaniya Superkubokunda bir oyunda qalib gəlib.
Buna yaxın nəticəni 1992/93 mövsümündə “Milan” göstərib (13 qələbə).
Qeyd edək ki, Almaniya kubokunun 1/8 final mərhələsində “Bavariya”nın rəqibi daha sonra müəyyənləşəcək.
Избранный
11
yeniavaz.com

1Источники