RU

Belçikanın Baş Qərargah rəisi: Hərbi obyektlərimizi qorumaq üçün gücümüz yoxdur

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Hazırda bizim bütün hərbi obyektlərimizi qorumaq üçün kifayət qədər gücümüz və resurslarımız yoxdur".

Oxu.Az xəbər verir ki, bunu "Le Soir" nəşrinə müsahibəsində Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, aviasiya üzrə general Frederik Vansina deyib.

Onun sözlərinə görə, Belçika hərbi obyektlərini pilotsuz uçuş aparatlardan (PUA) qorumaq üçün ciddi çatışmazlıqlar mövcuddur:

"Dronların hücum təhlükəsi təkcə PUA-ların ictimai asayişi pozmasında deyil, həm də hərbi bazalarda baş verənlərlə bağlı məlumatları aşkarlaya bilməsindədir".

Xatırladaq ki, oktyabrın əvvəlində Almaniya polisi Belçika hakimiyyətinə "Elsenborn" hərbi bazası üzərində 15 PUA-nın görünməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
oxu.az

1Источники