Aktual.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social” sosial şəbəkəsində yazıb.
"ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var. Bu, mənim birinci prezidentlik dövrümdə mövcud silahların tam yenilənməsi və təmiri ilə birlikdə həyata keçirildi. O silahların dəhşətli dağıdıcı gücünə görə bunu etməkdən nifrət edirdim, amma seçimim yox idi! Rusiya ikinci yerdədir, Çin isə üçüncü yerdədir. 5 ildən sonra da belə olacaq.
Başqa ölkələrin sınaq proqramlarına görə, Hərbi Nazirliyə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq", - Tramp qeyd edib.
 
                        