RU

45 yaşlı xanımların gözəllik yarışmasında Birləşmiş Krallığı qazaxıstanlı qadın təmsil edəcək

Tarixdə ilk dəfə olaraq, "Miss Beauty Universe" beynəlxalq gözəllik yarışmasında Birləşmiş Krallığı qazaxıstanlı qadın təmsil edəcək.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Zaure Muxamadieva Londonda keçirilən "Miss Great Britain Kent and Sussex 2025" tacını qazanıb.
 
Dünyanın hər yerindən 45 yaşdan yuxarı gözəl qadınların iştirak etdiyi bu yarışmada qalib olan qazaxıstanlı Zaure Muxamadieva vətəndaşı olduğu Birləşmiş Krallığı "Miss Beauty Universe"də təmsil edəcək.
 
Onun sözlərinə görə, bu cür müsabiqələr çox ilhamvericidir və qadınları inkişaf etməyə, formada qalmağa, yeni dostlar və eyni düşüncəli qadınlar tapmağa və təcrübələrini bölüşməyə təşviq edir.
 
 

Избранный
33
7news.az

1Источники