
Alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası 30 oktyabr tarixində Yerdə müşahidə olunmağa başlayıb.
AFN.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan (FGPU "İPG") məlumat verilib.
Hazırda Yerin maqnit sahəsinin pozulma dərəcəsi G1 səviyyəsindədir. Bu, beş səviyyəli şkalada ən aşağı göstəricidir (G5 – “son dərəcə güclü”, G1 – “zəif”).
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və Sibir Bölməsi Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri bildiriblər ki, maqnit qasırğaları riski növbəti bir gün də davam edəcək.
