Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Hələ də bunun qəza, nasazlıq və ya xarici hücum olduğunu bilmirik"
Macarıstan hakimiyyəti neft emalı zavodlarındakı hadisələrin səbəbi ilə bağlı bir neçə nəzəriyyəni, o cümlədən onların xarici müdaxilədən qaynaqlana biləcəyi ehtimalını nəzərdən keçirir. AYNA.AZ xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Facebook” səhifəsində yazıb.
"Dünən axşam Daxili İşlər Nazirliyinin Százhalombatta neft emalı zavodundakı hadisə ilə bağlı məlumatını eşitdim. İstintaq tam sürətlə davam edir. Hələ də bunun qəza, nasazlıq və ya xarici hücum olduğunu bilmirik", - deyə siyasətçi yazıb.
Qeyd edək ki, 20 oktyabrda Rumıniyanın cənubunda yerləşən Ploiesti şəhərindəki “Petrotel-Lukoil” müəssisəsində partlayış baş verib. Oktyabrın 21-i gecə isə Macarıstanda MOL-a məxsus ölkənin ən böyük neft emalı zavodunda yanğın baş verib.
Bunun ardınca, oktyabrın 22-də Bratislavadakı Drujba boru kəməri ilə Rusiyadan tədarük edilən nefti emal edən zavodda yanğın baş verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.