RU

Məhkəmə Kamilə Vəliyeva ilə bağlı qərar verdi

İsveçrə Federal Məhkəməsi rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı dopinqlə bağlı iddiaya görə 2,3 milyon rubl təzminat ödəməsinə qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə TASS yazıb. 

Vəliyeva İsveçrə Federal Məhkəməsinə təxminən 700 min rubl, həmçinin Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinə (WADA) təzminat (hər biri 800 min rubl) ödəməlidir.

29 yanvar 2024-cü ildə İdman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dopinqdə təqsirli bilib və diskvalifikasiya edib. O, 2025-ci ilin dekabrına qədər turnirlərdə iştirak edə bilməz. İdmançı həmçinin dövlətə məxsus buz meydançalarında məşq edə bilməz. Vəliyeva fərdi Olimpiya medallarından məhrum edilib və Rusiya komandası 2022-ci il Olimpiya komanda yarışında qızıl əvəzinə bürünc medal qazandı.

Vəliyevanın vəkilləri İsveçrə Ali Məhkəməsinə apellyasiya şikayəti verib.

Ağarza Elçinoğlu

Избранный
4
1
unikal.az

2Источники