RU

Rusiyalı iqtisadçı: Şimal Cənub dəhlizinin Azərbaycan seqmenti regionun iqtisadi və siyasi xəritəsini dəyişəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 oktyabr, Səbinə Əlizadə, AZƏRTAC

Şimal–Cənub dəhlizinin Azərbaycan seqmentinin reallaşdırılması regionun iqtisadi və siyasi dinamikasına mühüm təsir göstərəcək. İqtisadi baxımdan bu, bütün iştirakçı ölkələr üçün maksimal dərəcədə sərfəli layihədir və gəlirlərin şaxələndirilməsinə gətirib çıxaracaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiya Maliyyə Universitetinin müəllimi, iqtisadçı Adyan Cevakova bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün bu dəhliz onun regional nəqliyyat qovşağı kimi rolunun daha da möhkəmləndirilməsinə, böyük həcmdə yük axınının cəlb edilməsinə və neft-qaz ixracından əlavə, sabit tranzit gəlirlərin əldə olunmasına imkanı yaradır.

Rusiya üçün isə dəhliz logistik məsafəni azaltmaqla ticarət dəyərinə müsbət təsir göstərəcək, eyni zamanda, Cənubi Asiyaya açılan iqtisadi “pəncərə” funksiyasını yerinə yetirəcək. Ermənistan isə tranzitin bərpası nəticəsində logistik xərclərin azalması hesabına iqtisadi fəallığın və ümumi iqtisadi artımın yeni mərhələsinə keçə bilər”, - deyə A. Cevakova söyləyib.

İqtisadçının fikrincə, layihənin siyasi tərəfi də bir o qədər əhəmiyyətlidir. Belə ki, Şimal-Cənub dəhlizinin tam şəkildə reallaşması Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Dəhlizin səmərəli fəaliyyəti üçün region ölkələri arasında vahid tarif siyasətinin razılaşdırılması və davamlı əlaqələrin qorunması vacibdir. Bu, qarşılıqlı əməkdaşlığı dərinləşdirməklə yanaşı, iştirakçı ölkələr arasında hər hansı gərginliyin yaranmasını iqtisadi baxımdan mənasız edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
1
azertag.az

2Источники