RU

"Adambaşına düşən sosial xərclər min dollara yaxındır" - Deputat

"2025-ci ildə Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə 16.9 milyard manat vəsaitin ayrılması həyata keçirilir. Adambaşına düşən sosial xərclər isə min dollara yaxındır".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında bağlanan sülh anlaşması regionun inkişafı üçün yeni imkanlar açır:

"Bu həm də sosial təminat tədbirlərinin daha da genişləşdirilməsi üçün maliyyə təminatını gücləndirəcək. Aktiv sosial proqramlara gəldikdə isə, hazırda ünvanlı sosial yardımdan 83 min ailə və ya 353 min ailə üzvü faydalanır. 600 mindən çox uşaq aktiv sosial proqramlar ilə dəstəklənir. 150 mindən çox uşaq isə birbaşa sosial müavinətlərdən faydalanır. Azərbaycanın artan maliyyə imkanları insan kapitalının inkişafı üçün daha geniş imkanlar yaradır".

Избранный
23
unikal.az

1Источники