RU

Orban Trampla görüşəcək – Dəqiq tarix açıqlandı

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

NOCOMMENT.az “İndex” nəşrinə istinadən xəbər verir ki, bu barədə baş nazirin aparat rəhbəri Gergey Qulyas bildirib.

Məmurun sözlərinə görə, ABŞ və Macarıstan uzun müddətdir danışıqlar aparır və səfərin məqsədi enerji, hərbi-sənaye, iqtisadi və maliyyə əməkdaşlıq sahələrində razılaşmaların əldə olunması olacaq.

Orban özü bundan öncə bildirib ki, Trampla ABŞ-nin Rusiya neft sənayesinə tətbiq etdiyi sanksiyaları və Rusiya neftindən asılı olan Macarıstan üçün həll yolunun axtarışı məsələsini müzakirə etmək niyyətindədir.

Xatirə SADİQ

Избранный
12
nocomment.az

1Источники