RU

Devid Pirs 150 il həbs olundu

Hollivudun məşhur prodüseri Devid Pirs 150 il həbs olunub.

Far.Az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb. O zorlama və qətldə ittiham edilib.

Los-Anceles Dairə Məhkəməsi onu 24 yaşlı model olmaq istəyən Kristi Ciles və 26 yaşlı Hilda Marselanın ölümündə təqsirli bilib.

Hər iki qurban 2021-ci il noyabrın 13-də həddindən artıq dozada narkotik qəbulundan dünyasını dəyişib.

Müstəntiqlər müəyyən ediblər ki, qadınlar Pirslə məclisində görüşüblər, bundan sonra prodüser onları Beverli-Hillsdəki evinə dəvət edib və orada onlara narkotik maddələr, o cümlədən güclü sintetik opioid olan fentanil qəbul ediblər. Bu zaman burada qadınlara qarşı zorlama hadisəsi də baş verib.

Məhkəmə prosesində ittiham tərəfi cinayətlərin zorakılıq xarakterini göstərən sübutlar təqdim edib.

O da vurğulanıb ki, "Onların cəsədləri maskalı şəxslər tərəfindən Los-Anceles xəstəxanalarının kənarında ölümə tərk edilib".

Избранный
10
1
far.az

2Источники