RU

Xidmət müddətində fasilələr yarandıqda hərbiçilərə işdənçıxarma müavinəti belə veriləcək

BAKI, 30 oktyabr. TELEQRAF

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərin xidmət müddətində fasilələr olduğu halda, onlara işdənçıxarma müavinəti yalnız sonuncu xidmət müddəti nəzərə alınmaqla verilir

Избранный
3
1
teleqraf.com

3Источники