RU

Makronun bəyənmə reytinqi tarixi minimuma çatıb

“Le Figaro” qəzetinin sifarişi ilə Verian Qrupunun keçirdiyi sorğuya əsasən, Fransa prezidenti Emmanuel Makronun seçicilər arasında bəyənmə reytinqi 11 faiz təşkil edib.

Busaat.az bu barədə “TASS”a istinadən xəbərt verir.

“Emmanuel Makrona etimadsızlıq yeni zirvələrə çatır”, – deyə şirkət qeyd edib.

Verian Qrupu qeyd edir ki, Makronun hazırkı bəyənmə reytinqi keçmiş prezident Fransua Ollandın 2016-cı ilin noyabrında onun “Prezident belə danışmamalıdır” kitabının nəşrindən sonra tarixi minimuma bərabər olub. O zaman populyarlığın itirilməsi Ollandı ikinci prezidentliyə namizəd olmaq planlarından əl çəkməyə vadar etdi.

Bundan əvvəl yüksək səviyyəli Avropa mənbələri “Politico” jurnalına bildiriblər ki, Aİ ölkələrindən olan diplomatlar Makronun karyerasını başa vurmağa hazırlaşır və onun üçün “siyasi nekroloq” yazır.

Yeganə

 

Избранный
25
busaat.az

1Источники