RU

TFF prezidenti: Hakimliyə ləkə vuran Türkiyə futbolunda yer ala bilməz

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Hakimlik şərəfli bir peşədir. Bu şərəfi ləkələyən bir daha türk futbolunda yer almayacaq".

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu

Türkiyə Futbol Federasiyası (TFF) prezidenti İbrahim Hacıosmanoğlu deyib.

Onun sözlərinə görə, Türkiyədə mərc oyunlarına pul qoyuluşu edən futbol hakimləri ilə bağlı sərt qərarlar çıxarılacaq: "Baş verənlər sadəcə olaraq qanun pozuntusu deyil, vicdan yaralayan, ədaləti zəhərləyən bir haldır. Türkiyə futbolunun ləkələnməsinə heç kim icazə verə bilməz. Futbolumuz şübhəli işlərdən, korrupsiya əlaqələrindən və şəxsi maraq şəbəkələrindən təmizlənməyənə qədər biz rahatlıq tapa bilmərik".

Xatırladaq ki, Türkiyədə futbol hakimlərinin mərc oyunlarına pul qoyuluşu etdikləri bəlli olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
oxu.az

1Источники