RU

Kanada Ukraynaya raket sistemi komponentləri göndərdi

BAKI, 30 oktyabr. TELEQRAF

Kanada Ukraynaya raket sistemləri üçün komponentlər bağışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak deyib. Telegram kanalında paylaşıb.

Yermak bildirib ki, Kanada Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Natalya Tsmots ilə məhsuldar görüş keçirib:

“Son razılaşmalar çərçivəsində Kanada Ukraynanı qış avadanlığı, raket sistemləri üçün komponentlər ilə təmin edir, həmçinin Dron Koalisiyası Fonduna maliyyə dəstəyi göstərir”.

Onun sözlərinə görə, tərəflər Ukraynanın enerji infrastrukturu, humanitar məsələlər və enerjinin bərpası ilə bağlı mövzuları da müzakirə ediblər.

Избранный
14
1
teleqraf.com

2Источники