RU

3,2 milyon dollar və zərgərlik məmulatları oğurlanıb

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nyu-Yorkda film səhnəsini xatırladan bir soyğunçuluq hadisəsi baş verib. Tikinti işçiləri kimi maskalanan üç oğru gündüz vaxtı bir evə girib milyonlarla dollar dəyərində zərgərlik və nağd pulu oğurlayıblar.Reyting.az xəbər verir ki, Nyu-York Polis Departamentinin (NYPD) açıqlamasına görə, iki kişi arxa qapıdan evə daxil olub, üçüncü kişi isə küçədə gözləyən qaçış maşınında keşik çəkib. Oğrular evdəki seyfi hədəfə alıb, tez bir zamanda qiymətli zinət əşyaları və pulla dolu seyfi oğurlayaraq, ərazidən qaçıblar.Hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə oğrulardan birinin sarı tikinti jileti, ağ dəbilqə və eynək geyindiyi, digərinin isə narıncı jilet, ağ dəbilqə və üz maskası geyindiyi məlum olub. Hər iki soyğunçu evə çanta ilə girib, qaçış avtomobilində gözləyən üçüncü şəxs isə ağ kapşonlu sviter və qara şalvarla olub.Polis oğurlanmış seyfdə təxminən 3.2 milyon dollar dəyərində nağd pul və zərgərlik əşyalarının olduğunu bildirir.NYPD rəsmiləri oğruların yüksək peşəkar olduqlarını və gündüz özlərini tikinti işçiləri kimi maskalanmasının diqqətdən yayınmaq üçün qəsdən edilmiş bir cəhd olduğunu qeyd ediblər.Polis bildirib ki, bu hadisə son illərdə Nyu-Yorkda baş verən ən böyük zərgərlik soyğunlarından biridir. Oğruları müəyyən etmək üçün ərazidən bütün təhlükəsizlik kamerası görüntüləri nəzərdən keçirilir.Polis cinayətkarları “peşəkar dəstə” kimi xarakterizə edib. İndiyə qədər heç kim həbs olunmayıb. Nyu-Yorkun ən sirli soyğunlarından birinə çevrilən hadisə ilə bağlı istintaq davam edir.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
1
reyting.az

2Источники