RU

İdxal olunmuş energetik içki məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarət tədbirləri çərçivəsində “Orxan 011” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsal etdiyi “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, ümumi sayı 4 min 656 ədəd olan məhsul partiyalarının (19 mart 2025-ci il-19 mart. 2027-ci il və 1 aprel 2025-ci il-1 aprel 2027-ci il istehsal və son istifadə tarixli) ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
14
azertag.az

10Источники