RU

Türkmənistanın hərbi kəşfiyyatında genişmiqyaslı yoxlamalar aparılır

Elit hissələrdə intizam və hazırlıq səviyyəsinin sıfıra enməsi, rüşvət və vəzifə alveri faktları üzə çıxıb...

Poliqon xəbər verir ki, Türkmənistanın Baş Kəşfiyyat İdarəsinin (QUR) elit hərbi hissələrində kütləvi və genişmiqyaslı yoxlamalar başlanıb. Turkmen.news portalının məlumatına görə, bu yoxlamalar yerli jurnalistlərin araşdırmalarında qeyd edilən çoxsaylı problemləri təsdiqləyib.

Yoxlamalar nəticəsində məlum olub ki, şəxsi heyətin döyüş və fiziki hazırlıq səviyyəsi son dərəcə aşağıdır. Xüsusilə elit sayılan 20020 saylı hərbi hissədə əsgərlərin heç biri fiziki hazırlıq üzrə normativləri yerinə yetirə bilməyib. Bu vəziyyətin səbəbi kimi həmin hissədəki “prestiijli xidmət yerlərinin” pulla satılması göstərilir.

Mənbələrin bildirdiyinə görə, nüfuzlu şəxslərin övladları və qohumları hərbi xidmətə məhz bu elit bölmələrdə yerləşdirilmək üçün min dollara qədər rüşvət ödəyirlər. Toplanan pullar isə vasitəçilər zənciri ilə birbaşa Türkmənistan Baş Kəşfiyyat İdarəsinin rəhbəri Məhəmmət Esenova çatır.

Ekspertlər qeyd edirlər ki, bu faktlar ölkənin müdafiə sistemində ciddi korrupsiya və idarəetmə böhranının mövcudluğunu göstərir. Yoxlamaların nəticələri yaxın günlərdə rəsmi hesabat şəklində təqdim olunacaq.

Poliqon.info

Избранный
20
poliqon.info

1Источники