RU

Livan prezidenti orduya göstəriş verdi: İsrailə dərhal...

Livan prezidenti Cozef Aun orduya İsrailin istənilən torpaq işğalına müqavimət göstərməyi tapşırıb.

Turkustan.az xəbər verir ki, Livan prezidenti Cozef Aun orduya İsrail qüvvələrinin qurudan ölkəyə daxil olmasının qarşısını almağı tapşırıb.

Livanın rəsmi xəbər agentliyi NNA-nın verdiyi məlumata görə, İsrail ordusu Livanın cənubundakı Belida qəsəbəsinə basqın etdikdən sonra prezident Aun Baş Qərargah rəisi Rudolf Haykal ilə görüşüb.

Paytaxt Beyrutdakı Baabda sarayında keçirilən görüşdə Aoun Heykeldən bir nəfərin həyatını itirdiyi basqınla bağlı məlumat alıb.

Aoun basqının İsrailin Livana hücumlarından biri olduğunu vurğulayaraq ordudan İsrailin ölkə ərazisinə hər hansı sızmasına qarşı çıxmaqla Livanın suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumasını istəyib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
28
1
turkustan.az

2Источники