RU

Səudiyyə Ərəbistanı Messinin təklifini rədd etdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı argentinalı futbolçu Lionel Messinin 2026-cı il Dünya Çempionatı öncəsi milli liqasında oyun məşqlərinə qatılmasına icazə verməyib.

Axar.az xəbər verir ki, bu barədə RMC Sport radiostansiyasının məlumatında deyilir.

Bildirilib ki, Messi DÇ-nin oyunlarından əvvəl formasını qorumaq üçün Böyük Liqa Futbolu (MLS) fasiləsi zamanı Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyib. Lakin Səudiyyə Ərəbistanının müvafiq qurumları oyunçunun cəmi dörd aylıq milli liqada yarışmaq üçün gəlməsi fikrini bəyənməyib.

Qeyd edək ki, 23 oktyabrda “İnter Mayami” Messi ilə müqavilənin 2028-ci ilin dekabr ayına qədər uzadıldığını elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
3
axar.az

4Источники