RU

Hərbi qulluqçuların pensiya qaydaları yeni qərarla sadələşdirildi

Bakı. Trend:

Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalardatəkmilləşdirmə aparılıb.

Trend xəbər verir ki, bubarədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumatyayıb.

Bildirilir ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbiqulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulanxüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahidnormativ aktda birləşdirilib.

Belə ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminatxərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdimolunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəliişlər müxtəlif qaydalar əsasında aparılırdı.

Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirməişləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahidnormativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş "Hərbi xidmətmüddətinin və təminat xərcliyinin hesablanması və bu barədəməlumatların təqdim olunması Qaydaları" əsasında aparılacaq.

Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdətexniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.

Məqalədə:
Избранный
24
27
az.trend.az

10Источники