Türkiyə kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. 
"Football-plus.az" xəbər verir ki, bu mərhələdə elitadan 7 klub iştirak edir. Onlardan biri - ''Kasımpaşa'' şok məğlubiyyətlə üzləşib. 
Bu mövsüm ''Fənərbaxça'' və ''Beşiktaş''dan xal almağı bacaran gürcüstanlı mütəxəssis Şota Arveladzenin çalışdırdığı İstanbul təmsilçisi həvəskarlar liqasında çıxış edən ''Kahta 02 Spor'' ilə qarşılaşıb. Superliqa klubu həvəskar rəqibinə 1:3 hesabı ilə uduzub! 
Amma ədalət naminə qeyd edək ki, ''Kasımpaşa'' meydana gənclərdən ibarət komanda ilə çıxmışdı. Bu kollektiv ötən mövsümdən bu yolla ölkə kubokunu boykot edir. ''Fənərbaxça'' və ''Kasımpaşa'' kubokda gəlirlərin az olmasına etiraz əlaməti olaraq bu turnirdə meydana əvəzedici heyətlə çıxır. Ancaq ''Fənər''da bilindiyi kimi rəhbərlik dəyişikliyi baş verib. Ona görə də İstanbul nəhənginin bu mövsüm kubok oyunları ilə bağlı hansı qərarı verəcəyi bilinmir. 
Nəhənglər hələ ki, kubokda mübarizəyə başlamayıblar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта
 
                        