RU

Kriptovalyuta dələduzluğunun qurbanı olan qadın: Məni aldadıb 1600 manatımı aldılar

BAKI, 30 oktyabr. TELEQRAF

Daha bir Azərbaycan vətəndaşı kriptovalyuta dələduzluğunun qurbanı olub.

Tiktokda dələduzluğa məruz qalan Tahirə Heydərova Teleqraf-a açıqlamasında bildirib ki, oğlu əsgərlikdən gəldiyi üçün məclis təşkil edəcəkmiş, lakin onun bu arzusu ürəyində qalıb.

O, Tiktokda kriptovalyuta satan işbazın toruna düşüb.

T.Heydərova sosial şəbəkədə kriptovalluyuta adı altında yarış keçirən Yusif Məmmədov adlı şəxsə əvvəl 100, sonra 400 manat online köçürmə edib. Ardınca Votsap vasitəsilə qadına əlavə olaraq əvvəl 200, daha sonra 940 manat ödəməli olduğu deyilib.

Guya T.Heydərova bu ödənişlərdən sonra 3 min manat uduş əldə edəcəkmiş.

5 uşaq anası olan və kirayədə yaşayan Tahirə Heydərova onun telefon zənglərinə cavab verməyən Yusif Məmmədovdan polisə şikayət edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
23
teleqraf.com

1Источники