RU

İrəvan məhkəməsi keşiş Qalstanyanla bağlı qərar verdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvan məhkəməsi arxiyepiskop Baqrat Qalstanyan və “Müqəddəs Mübarizə” hərəkatının 17 üzvünə qarşı cinayət işinin ləğvi ilə bağlı vəsatəti rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hakim qərarı işdəki dəlillərin hələ araşdırılmaması ilə əsaslandırıb.

Arxiyepiskop Baqrat Qalstanyan bu ilin iyun ayının sonlarında həbs edilib. Həmin vaxt Ermənistan İstintaq Komitəsi hakimiyyəti silahlı şəkildə ələ keçirmək cəhdinin qarşısının alındığını bildirib. Qalstanyan terror aktları hazırlamaqda və Ermənistanda konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
globalinfo.az

1Источники