RU

Sərxoşluq səbəbindən səhnə 46 dubla ÇƏKİLDİ — Tom Kruz NARAZI QALDI

Kolin Farrel “Azlıq hesabatı” filminin çəkilişinə sərxoş gəldiyini etiraf edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

İrlandiyalı aktyor Kolin Farrel bildirib ki, Stiven Spilberqin 2002-ci il “Azlıq hesabatı” filmində səhnəyə sərxoş gəldiyi üçün bir cümləni demək 46 dubla tələb edib. Tom Kruz bundan narazı qalıb.

Farrell həmin günü “səhnədə ən pis günlərimdən biri” adlandırıb. O, çəkilişdən əvvəl ad gününü qeyd etdiyini və sərxoş halda işə gəldiyini deyib. Assistent onu işləyə bilməyəcək vəziyyətdə olduğunu bildirsə də, aktyor çəkilişə qatılıb və sadə replikaya təkrar-təkrar cəhd göstərib.

Hadisədən üç il sonra Farrel reabilitasiyaya müraciət edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники