Gəncədə minik maşını mopedlə toqquşub. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını mopedlə toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü A.Quliyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта