Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan təmsilçisinin "Uşaq Avroviziyası"nda ifa edəcəyi mahnı məlum olub.
Axşam.az xəbər verir ki, bəstənin adı "Miau Miau"dır.
Mahnının bəstəkarı Mila Miles, Dihaj, Rüstəm Rzayev, Hafiz Baxışdır. Sözləri isə Mila Milesə aiddir.
Qeyd edək ki, Azərbaycanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək. Sayca 23-cü müsabiqə dekabrın 13-də Tbilisi şəhərində keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.