İki azərbaycanlı ABŞ-də yaşayan iranlı dissident Məsih Əlinecadı öldürməyə cəhddə təqsirli bilinərək həbs edilib.
Azreform.info xəbər verir ki, Nyu-York Məhkəməsi 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərovu uğursuz sui-qəsd işi üzrə 25 il müddətinə azadlıqdan məhrum edib.
Bildirilir ki, adıçəkilən hər iki şəxs Tehranın dəstəyi ilə hərəkət edib və sui-qəsdə görə İslam İnqilabı Keşikçiləri Korpusu 500 min dollar ödəyib.
Qeyd edək ki, Məsih Əlinecad 2009-cu ildə İrandan qaçıb. O, rəsmi Tehranın qadınlara münasibətini açıq şəkildə tənqid edib.(oxu.az)
 
                        