Sosial şəbəkələrdə yayılan məlumata görə, Leobank müştərisi Seymur Qədirli öz bank kartından icazəsiz şəkildə “TikTok” adı ilə məbləğin çıxıldığını bildirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şikayətçi qeyd edir ki, kart məlumatlarını heç kimə təqdim etməyib, TikTok-a ödəniş etməyib, amma hesabından təxminən 37 AZN çıxılıb.
Seymur Qədirli bildirir ki, ödəniş barədə bildiriş gəlməyib və bu, bankın təhlükəsizlik sisteminin işləmədiyini göstərir. Müraciətində həmçinin qeyd olunur ki, bank əməkdaşlarının verdiyi cavablar eyni və məqbul əsaslardan məhrum olub, pulun geri qaytarılması və ya mənbə barədə açıqlama verilməyib. Əksinə, müştəriyə 20 dollar xidmət haqqı tələb olunub.
Şikayətçi bankın məsuliyyət daşımalı olduğunu, zərərin tam ödənilməsini tələb edir və hesab edir ki, bu cür hallar bankın nüfuzuna ciddi zərbə vurur.
Qeyd edək ki, “Leobank” “Unibank”ın tərkibindədir.