RU

"Rusiya sülh üçün sərt şərt qoyur" - Rəşad Bayramov

"Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı yanaşması müəyyən prinsiplərə əsaslanır. Onun konsepsiyası müharibənin dərhal dayandırılmasını, Ukraynaya təhlükəsizlik təminatlarının verilməsini və bundan sonra sülh danışıqlarına başlanmasını hədəfləyirdi. Tramp çıxışlarında tez-tez eyni məqamı vurğulayır: atəşkəsin yaradılması, tərəflərin hərbi əməliyyatları dayandırması və diplomatik prosesin aktivləşdirilməsi. Lakin Moskva bu yanaşmaya tam uyğun davranmır. Rusiya tərəfi hər hansı atəşkəsdən əvvəl konkret siyasi nəticə – xüsusən də Donbassın Rusiyanın ərazisi kimi tanınmasını tələb edir, digər istiqamətlərdə güzəştlər isə yalnız bu şərtlə mümkündür. Trampın planı Ukraynanın NATO üzvlüyündən imtina etməsi və xarici hərbi qüvvələrin ölkədə yerləşdirilməməsi qarşılığında təhlükəsizlik təminatlarının verilməsini nəzərdə tuturdu. Bu, həmçinin müharibənin dayandırılması və atəşkəsin elan olunması ilə müşayiət olunmalı idi. Sonrakı mərhələdə diplomatik masada ərazi mübadilələri, sərhəd məsələləri və digər danışıqlar mövzusu ola bilərdi. Lakin Moskva yalnız Donbassın Rusiya torpağı kimi tanınması şərti ilə bu şərtləri qəbul etməyə hazırdır ki, bu isə Kiyev, onun Qərb tərəfdaşları və Avropa İttifaqı üçün qəbuledilməzdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Donald Tramp Ukraynadakı münaqişənin dayandırılmasını və ölkəyə təhlükəsizlik zəmanətlərinin verilməsini təklif edir. Lakin Rusiya yalnız Donbassın öz ərazisi kimi tanınması şərti ilə güzəştə gedə biləcəyini bildirir, bu isə Kiyev və Qərb üçün qəbuledilməzdir.

Siyasi şərhçi qeyd edib ki, Kremlin son hərbi addımları, o cümlədən ballistik raket sınaqları və sərt bəyanatlar, əsasən vaxt qazanmaq və müharibəni dərhal dayandırmayacağı mesajını verməyə yönəlib.

Избранный
37
aznews.az

1Источники