RU

Dünya Bankı bu nazirlikdə diaqnostik təhlil aparacaq

Rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi çərçivəsində Dünya Bankı Azərbaycanın Maliyyə Nazirliyində diaqnostik təhlil aparacaq.

Publika.az xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Sahil Babayev ölkədə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə deyib.

Qeyd olunub ki, bu, nazirliyə mövcud vəziyyəti təhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyə İdarəetmə İnformasiya Sisteminin arxitekturasının formalaşdırılması üçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkan verəcək.

Görüşdə həmçinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi, dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlar və yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzv olduqdan sonra bankın maliyyə dəstəyi, texniki ekspertizası və tövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyi kimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıq, eyni zamanda, enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrin irəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edib.

Избранный
19
5
publika.az

7Источники