İsrail hərbçilərii Qəzzada daha iki girovun cəsədini alıb.
Qaziler.az bildirir ki, bu barədə "Times of Israel" qəzeti 30 oktyabrda məlumat yayıb.
"HƏMAS cümə axşamı günortadan sonra iki girovun qalıqlarını Qırmızı Xaça təhvil verib və cəsədlər daha sonra şəxsiyyətlərini təsdiqləmək üçün çalışan İsrail hakimiyyət orqanlarına təhvil verilib", - məlumatda deyilir.
İsrailin qrupu atəşkəs tələblərini gecikdirməkdə günahlandırdığı bildirilir, çünki razılaşmaya əsasən, sağ qalan və ölən bütün girovlar 72 saat ərzində İsrailə təhvil verilməli idi.
QAZİLER.AZ
