RU

Rusiya bu azərbaycanlı qadını beynəlxalq axtarışa verdi - FOTO

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Interpol"un rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, Gövhər Ağaverdiyeva terror təşkilatının fəaliyyətində, habelə xarici dövlətin ərazisində onun federal qanunu ilə nəzərdə tutulmayan silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir. 

Qeyd edək ki, 44 yaşlı G.Ağaverdiyeva barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, dövlətlərarası axtarış elan edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Избранный
44
8
milli.az

9Источники