Rumıniya millisinin və Türkiyənin “Beşiktaş” klubunun sabiq futbolçusu Daniel Panku yeni iş yerini müəyyənləşdirib.
90deqiqe.Az xəbər verir ki, o, ölkəsində “Kluj” komandasına baş məşqçi təyin olunub.
48 yaşlı mütəxəssis son olaraq Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasını çalışdırıb. Hazırda “Kluj” ölkə çempionatında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, D.Panku 2002-2006-cı illərdə “Beşiktaş”da çıxış edib və Türkiyə çempionluğu yaşayıb.