ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-da federal hökumətin bağlanmasından sonra Nyu-York ştatının qubernatoru Keti Hochul ehtiyacı olanlar üçün ərzaq markası proqramını maliyyələşdirmək məqsədilə fövqəladə vəziyyət elan edib.
Globalinfo.az xəbər vetir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Mən Nyu-Yorkluların ac qalmaması üçün əlimizdə olan hər vasitədən istifadə etmək istəyirəm,” – deyə Hochul bildirib.
Qubernator həmçinin təcili ərzaq yardımı üçün əlavə 65 milyon dollar maliyyə vəsaiti ayrıldığını açıqlayıb. Onun rəsmi saytında yayılan məlumata əsasən, bu vəsait təxminən 40 milyon yeməyin təmin edilməsinə imkan verəcək.
Qeyd edək ki, federal hökumətin bağlanması səbəbindən ABŞ-da ərzaq yardımı proqramı çətin vəziyyətə düşüb. Noyabrın 1-dən etibarən ərzaq markası müavinətlərinin dayandırılması riski var.
Hazırda ölkə üzrə 42 milyona yaxın insan bu proqramdan istifadə edir. Bu da təxminən hər səkkiz amerikalıdan biridir. Nyu-York ştatında isə üç milyondan çox sakin qida yardımı alır.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        