RU

Fransa Konqoya 1,5 milyard avro yardım ayırır

BAKI, 31 oktyabr. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron Konqo Demokratik Respublikasına (KDR) humanitar yardım məqsədilə 1,5 milyard avro ayrıldığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu qərar KDR və Ruanda arasındakı münaqişənin həlli üzrə keçirilən beynəlxalq konfransın yekununda elan olunub.

Makron çıxışında bildirib ki, yardım ən çox zərər çəkən əhali qruplarına yönəldiləcək. O həmçinin BMT-nin 2,5 milyard dollarlıq humanitar planının hazırda cəmi 16 faiz maliyyələşdirildiyini vurğulayaraq, yardımın təcili artırılmasına çağırıb.

Fransa lideri əlavə edib ki, Qoma aeroportu yaxın həftələrdə yenidən fəaliyyətə başlayacaq və oraya humanitar reyslər qəbul ediləcək.

Избранный
37
5
teleqraf.com

7Источники