RU

ABŞ hökuməti ciddi təhlükədə: nazirlər bazalara köçürüldü

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülür.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Atlantik" jurnalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bu qərarın əsas səbəbləri konservativ siyasi fəal Çarli Kirkin qətlə yetirilməsi və Trampın siyasətinə qarşı ABŞ-da baş verən kütləvi etirazlardır. Rəsmilərə və onların ailələrinə qarşı təhdidlər daxil olduğu üçün hərbi bazalarda ordu tərəfindən qorunma təmin edilir.

Qeyd olunub ki, artıq bir sıra yüksək vəzifəli şəxslər hərbi obyektlərdə yaşayır:

- Dövlət katibi Marko Rubio

- Pentaqon rəhbəri Pit Heqset

- Daxili təhlükəsizlik naziri Kristi Noem

- Federal hökumətin səmərəliliyini artırma agentliyinin (DOGE) mətbuat katibi Keti Miller və onun həyat yoldaşı

- Trampın daxili siyasət üzrə baş müşaviri Stiven Miller

- Quru qoşunları naziri Daniel Driskoll

Çarli Kirkə qarşı sui-qəsd sentyabrın 10-da baş verib. Həmin gün o, Yuta ştatındakı universitet kampusunda çıxış edib. Tədbir zamanı ona təxminən 180 metr məsafədən atəş açılıb və güllə boynuna dəyib. Fəal təcili xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bir neçə gün sonra hüquq-mühafizə orqanları 22 yaşlı tələbə Tayler Robinsonu şübhəli şəxs kimi saxlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
62
axar.az

1Источники