RU

Qərbi Azərbaycan Xronikası: Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa start verilə bilər

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Azərbaycanlılar İrəvanda: Ermənistan bazarına daxil oluruq" adlı süjetdə bu il oktyabrın 21-22-də bir qrup azərbaycanlının İrəvana səfərinin Ermənistanda ciddi müzakirələrə səbəb olmasından bəhs edilir.

Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları bu səfəri sülh quruculuğunda irəliləyiş, revanşist qüvvələr isə azərbaycanlıların geri dönüşü - Qərbi Azərbaycana qayıdışının önünün açılması kimi təqdim edir: "Azərbaycanlıların səfəri təkcə sülh quruculuğunun bir hissəsi yox, həm də tarixi torpaqlarımıza qayıdışın simvolu kimi, eləcə də rəsmi Bakının sülh prosesinə sadiqliyinin nümunəsidir".

Qeyd olunur ki, Ermənistan müxalifəti "Azərbaycanla sülhün yalnız bəyanatlardan ibarət olduğunu" iddia edir və bundan seçki kampaniyasında yararlanmağa çalışır. Azərbaycanlıların İrəvana səfəri, Ermənistana tranzit qadağasının ləğv olunması, Prezident İlham Əliyevin də dediyi kimi, sülh prosesinin yalnız kağız üzərində deyil, praktiki olaraq mövcudluğunu isbat edir.

Diqqətə çatdırılır ki, Ermənistan mediasında baş verənlərlə bağlı müxtəlif iddiaların irəli sürülməsi səngimir. Erməni şərhçi Arman Abovyan hesab edir ki, Azərbaycan tərəfinin sülhlə bağlı atdığı addımlar Paşinyanın reytinqini yüksəldir və bunun seçkidə hakimiyyət üçün müsbət nəticələri olacaq: "Seçkidən sonra azərbaycanlıların geri qayıdışına start verilə bilər, Qərbi Azərbaycan konsepsiyasının reallaşması istiqamətində addımlar atıla bilər. Ermənistanda "dördüncü respublika"nın elan edilməsi də bu prosesin tərkib hissəsidir".

168.am saytı isə yazır ki, Azərbaycanın tranzit qadağasını indi götürməsi Ermənistanın iqtisadi sektoruna daxil olmaq məqsədi daşıyır.

Sonda vurğulanır ki, Ermənistanın regionda gələcək mövcudluğu Azərbaycan və Türkiyə ilə siyasi və iqtisadi əməkdaşlıqdan asılıdır: "Bu əməkdaşlığın perspektivləri rəsmi İrəvanın sülh prosesinə sadiqliyindən, xüsusilə Azərbaycanın tələblərini icra etməsindən asılıdır. Proseslər göstərir ki, Ermənistanda 2026-cı ildə keçiriləcək seçkidən sonra bu tələblərin icrası reallaşa bilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Seçkidən sonra Qərbi Azərbaycana qayıdışa start verilə bilər"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
oxu.az

2Источники