“TV Müsavat”ın canlı efirinin qonaqları Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı və Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn olublar.
Musavat.com xəbər verir ki, verilişdə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə qarşı cinayət işi açılması məsələsi ətrafında geniş müzakirə aparılıb.
Verilişin həmin hissəsini oxuculara təqdim edirik.
 
                        