RU

ABŞ rəsmiləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülür

BAKI, 31 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli üzvləri təhlükəsizlik məqsədilə hərbi bazalara yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb.

Məlumata görə, bu addım konservativ siyasətçi Çarli Kirkin qətli və ölkə daxilində Trampın siyasətinə qarşı artan etiraz aksiyalarından sonra atılıb. Rəsmilər və ailələri ünvanına təhdidlər daxil olduğu üçün onlar hərbi obyektlərdə ordu tərəfindən qorunur.

Hazırda hərbi bazalarda dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, daxili təhlükəsizlik naziri Kristi Noem, Ağ Evin müşaviri Stiven Miller və onun həyat yoldaşı Keti Miller, eləcə də quru qoşunları naziri Daniel Driskoll yaşayır.

Избранный
67
teleqraf.com

1Источники