RU

Qorxu və əyləncə eyni anda... “Konfet, yoxsa ölüm?!”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hər il dünyanın müxtəlif ölkələrində oktyabrın 31-i “Halloween” bayramı qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, bu bayramın iki min ildən çox yaşı var. 

Onu ilk dəfə keltlər müasir Şotlandiya, İrlandiya və Uels ərazisində keçirməyə başlayıblar. Həmin vaxt bayram Samayn adlanırdı. 

Bu gün yayın bitməsi və ilin qaranlıq vaxtının gəlişi qeyd olunurdu. Keltlər inanırdılar ki, həmin vaxt ölülərin ruhları dünyaya qayıdır. Onlar pis ruhları qorxutmaq üçün tonqallar qalayır və qorxunc maskalar taxırdılar.

Səkkizinci əsrdə katolik kilsəsinin başçısı Bütün Müqəddəslər Gününü və ya “All Hallows' Day”i təsis etdi. Bayram 1 noyabra təsadüf edirdi. Ondan əvvəlki axşam isə “All Hallows' Eve” qeyd olunmağa başladı və zaman keçdikcə adı “Halloween” şəklinə düşdü.

XVIII əsrdə Amerikaya köçən irlandiyalılar bu qədim bayramı da özləri ilə Yeni dünyaya gətirdilər.

O vaxtdan “Halloween” bir çox müxtəlif ənənələr qazanıb. Belə ki, bayram zamanı gənclər kostyumlu partilərə və ya dəhşət filmlərinin nümayişlərinə toplaşırlar. Eyni zamanda, valideynlər uşaqlarla birlikdə şirniyyat toplamağa çıxırlar. Balacalar kostyumlar geyinir, evlərin və mənzillərin qapılarını döyür və “Konfet, yoxsa ölüm?!” deyirlər.

“Halloween”də dekorasiyalara xüsusi önəm verilir. Dekorasiya üçün, adətən, hörümçək torlarından, qara pişiklərdən, skeletlərdən, dəhşət filmlərinin personajlarından və balqabaqdan istifadə olunur.

Ümumiyyətlə, balqabağın oyulması bu bayramın ayrılmaz hissəsidir. Onun içinə şam qoyulur və yandırılır ki, insanlara yaxınlaşan pis ruhları qovsun.

Qeyd edək ki, son illərdə Azərbaycanda da bu bayrama maraq göstərənlərin sayı kifayət qədər artıb. Hətta “Halloween” zamanı istifadə edilən maska və aksesuarların satıldığı mağazalar fəaliyyət göstərir, müxtəlif şənliklər keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
qafqazinfo.az

1Источники