RU

Ukraynada vəsaitlər 2026-cı ilin fevralına qədər tükənə bilər - KİV

Ukraynada vəsaitlər 2026-cı ilin fevralına qədər tükənə bilər - KİV

Əgər Avropa tərəfdaşları Kiyevin maliyyələşdirilməsini davam etdirməsələr, Ukrayna 2026-cı ilin fevralına qədər maliyyə vəsaitlərini tam tükədə bilər.

AFN.az "The Economist"ə istinadən xəbər verir ki, Ukrayna kəskin maliyyə çatışmazlığı ilə üz-üzədir. Əgər vəziyyət dəyişməzsə, fevralın sonuna qədər ölkənin pulu qurtaracaq. "Büdcə uçurumu sürətlə yaxınlaşır,” – deyə nəşrin məqaləsində bildirilir.

"The Economist"in hesablamalarına görə, müharibə başlayandan bəri Ukraynanın müdafiə büdcəsi, Qərbdən aldığı silah tədarükləri və hərbi qrantlar birlikdə 2025-ci ilin sonuna qədər təxminən 360 milyard dollar təşkil edəcək. Təkcə 2025-ci ildə hərbi xərclər 100–110 milyard dollara çatacaq ki, bu da Ukraynanın ÜDM-nin yarısına bərabər rekord göstəricidir.

"Kiyevin üç əsas maliyyə mənbəyindən ikisi — ABŞ-dan vəsait axını və daxili borclanma — tədricən tükənir." Ukraynanın son ümid yeri Avropadır və qitə liderlərini maliyyə dəstəyini gücləndirməyə çağırır. Bu, Avropa üçün Rusiyaya qarşı qüvvələr balansını dəyişmək və ABŞ-dan hərbi-iqtisadi asılılığı azaltmaq baxımından "tarixi fürsət" ola bilər - deyə məqalədə vurğulanır.

Eyni zamanda "The Economist" hesablayıb ki, 2026–2029-cu illər ərzində Ukraynanın ordusunu təmin etmək və iqtisadiyyatı sabit saxlamaq üçün təxminən 389 milyard dollar maliyyə və silah yardımı lazımdır. Bu rəqəm 2022-ci ilin fevralından bəri alınan 206 milyard dollardan iki dəfə çoxdur, onun da 133 milyardı ABŞ tərəfindən təmin edilib.

Nəşr vurğulayır ki, ABŞ administrasiyasının Ukraynaya maliyyə yardımı ilə bağlı artan skeptisizmi fonunda əsas yük NATO-nun Avropalı üzvlərinin üzərinə düşəcək. Onların bu istiqamətdəki xərclərini ÜDM-nin 0,2 faizindən 0,4 faizə qədər artırmaları lazım gələcək.

Избранный
34
afn.az

1Источники