Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
Moderator.az xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutacaq.
"Azersun Arena"da "Qarabağ" "İmişli"ni qəbul edəcək.
Görüş saat 17:00-da start götürəcək.
Hazırda "Qarabağ" 8 oyundan sonra 17 xalla ikincidir. "İmişli" isə 9 matça 12 xal toplayaraq, 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarə 1-3 noyabrda keçiriləcək.