RU

Balıkesirdə yenə zəlzələ oldu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin Balıkesir bölgəsində yenə zəlzələ olub.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sındırgı rayonunda 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin dərinliyi 12.9 kilometrdə olub. Təbiət hadisəsi ətraf əyalət və rayonlarda da hiss olunub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Proqnozlara görə, regionda zəlzələ təhlükəsi bir müddət davam edəcək. Mütəxəssislər vətəndaşlara ağır və ya orta dərəcədə zədələnmiş binalara girməmələri ilə bağlı xəbərdarlıq ediblər.

Xatırladaq ki, Balıkəsirdə oktyabrın 27-də 6.1 ballıq güclü zəlzələ olub. Yeraltı təkanlar ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
3
oxu.az

6Источники