RU

VHP nin bölgə təşkilatının sədri vəfat edib

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Abdulla Abdullayev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Partiyanın Mətbuat xidmətindən bildirilib.Abdulla Abdullayev Milli Azadlıq Hərəkatının ilk iştirakçılarından, Naxçıvanda sovet rejiminə qarşı keçirilən mitinqlərin təşkilatçılarından biri olub.

1988-ci ildən bu yana siyasi proseslərin fəal iştirakçısı olan Abdulla Abdullayev Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Muxtar Respublika Şöbəsinin qurucu üzvlərindən biri kimi fəaliyyət göstərmişdi.2008-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında fəaliyyət göstərən Abdulla bəy 2010–2014-cü illərdə partiyanın Naxçıvan şəhər təşkilatının sədri, 2014-cü ildən isə Muxtar Respublika Təşkilatının sədri vəzifəsini icra edib.

Allah rəhmət eləsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
3
modern.az

4Источники