Paytaxtda Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, 2002-ci təvəllüdlü Mehdizadə Seyfulla Yusif oğlu idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.