Hipperin sözlərinə görə, Gürcüstan hökumətinə göndərilən məktub Aİ sanksiyalarının yan keçilməsinin qarşısının alınması ilə bağlı Gürcüstanın öz üzərinə götürdüyü öhdəliklərə aiddir.
O, həmçinin bildirib ki, Aİ hazırda Gürcüstandan cavab gözləyir: "Biz Gürcüstan hökumətinə məktub göndərdiyimizi təsdiq etdik. Bu, Aİ sanksiyalarının yan keçilməsinin qarşısının alınması ilə bağlı Gürcüstanın öz üzərinə götürdüyü öhdəliklərə aiddir. Biz bu məsələdə bütün ölkələrlə əməkdaşlıq edirik, bu, bizim daha geniş, qlobal fəaliyyətimizin bir hissəsidir.
Biz hələ də Gürcüstan hökumətindən cavab gözləyirik və Rusiyanın bizim işlək sanksiyalarımızı yan keçməməsi üçün daha çox tədbir görməyə çağırırıq, çünki Rusiya çarəsizcə sanksiyalardan yayınmağa çalışır," - deyə Hipper qeyd edib.