RU

Avropa İttifaqı Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqəliliyi sahəsində Azərbaycanı strateji tərəfdaş olaraq tanıyır - Avronest

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Orta Dəhliz və "Global Gateway" təşəbbüsüçərçivəsində nəqliyyat əlaqəliliyi sahəsində Azərbaycanı stratejitərəfdaşı olaraq tanıyır.

Trend xəbər verirki, bu barədə Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında ədalətliticarətin, əməkdaşlığın və investisiyaların təşviqinə dair AvronestParlament Assambleyasının qətnaməsində qeyd olunur.

Sənəddə vurğulanır ki, Qara dənizin dibi ilə çəkiləcək sualtıelektrik kabeli layihəsi və Transxəzər rəqəmsal dəhlizi kimitəşəbbüslər Xəzər regionu, Cənubi Qafqaz və Aİ arasında bərpaolunan enerjinin və yüksək sürətli rəqəmsal trafikin ötürülməsinəyönəlib və “Global Gateway” təşəbbüsünün məqsədlərinə uyğunlayihələr kimi qiymətləndirilir.

“Cənub Qaz Dəhlizi Aİ bazarlarına təbii qaz tədarükü üçünetibarlı və strateji marşrutdur, enerji təchizatı mənbələrininşaxələndirilməsinə töhfə verir və Aİ ilə Azərbaycan “REPowerEU”kimi təşəbbüslər çərçivəsində əməkdaşlığı inkişaf etdirməkniyyətlərini ifadə ediblər”, - sənəddə bildirilir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Избранный
20
2
az.trend.az

3Источники