Paytaxtda Dövlət Bayrağı Meydanı yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 2002-ci təvəllüdlü Mehdizadə Seyfulla Yusif oğlu idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.
 Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Mətləb